Ağdərənin beş məktəb və bir bağçası yenidən bərpa olunur

Ağdərənin beş məktəb və bir bağçası yenidən bərpa olunur

Ağdərə rayonunun beş məktəbi yenidən bərpa olunur.

NUHÇIXAN-ıni məlumatına görə, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

Siyahıya aşağıdakı məktəblər əlavə olunub:

- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

- Ağdərə rayonu Talış kənd tam orta məktəbi

- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.

Bundan başqa, “Tərtər rayonu Talış kənd uşaq bağçası” sözləri “Ağdərə rayonu Talış kənd uşaq bağçası” sözləri ilə əvəz edilib.

Xəbər lenti
Qurtuluşdan zəfərə

12:08 15.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM