Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb<font color=red> - FOTOLAR</font>

NDU-nun media və ictimaiyyətlə əlaqələr bölməsindən “Report”un yerli bürosuna verilən məlumata görə, ikitərəfli görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə 1999-cu ildə universitetdə, “Təbiətşünaslıq” fakültəsinin nəzdində ali tibb təhsilinin təməli qoyulub. Fakültənin maddi-texniki bazasını daha da möhkəmləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə 2015-ci ilin may ayında universitetdə üç mərtəbəli kliniki xəstəxana istifadəyə verilib. Burada tələbələrin müxtəlif xəstəliklərin müayinə və müalicəsi sahəsində ixtisaslaşması, həmçinin təcrübi dərslərinin keçirilməsi məqsədilə əlverişli şərait yaradılıb. Diqqətə çatdırılıb ki, tələbələr ixtisaslarının profillərinə uyğun olaraq muxtar respublikanın müvafiq xəstəxana¬larından baza xəstəxanası kimi istifadə edir.

Rektor bildirib ki, Tibb fakültəsinin Türkiyənin bir sıra universitetləri ilə sıx əlaqələri mövcuddur. Fakültənin yuxarı kurs tələbələri hər il yay istehsalat təcrübələrinin böyük bir hissəsini Türkiyənin Trabzon, Erzincan, Erzurum, Kayseri, Qars və b. şəhərlərində yerləşən universitetlərin klinikalarında keçirlər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Ceyhun Məmmədov ölkədə tibbi kadr hazırlayan bir çox universitetlərlə imzaladıqları müqavilələr barədə məlumat verib. “Biz şad olarıq ki, birgə imzaladığımız protokol universitetin Tibb fakültəsini əhatə etməklə, Naxçıvan səhiyyəsinə də xüsusi töhfələr versin” deyə vurğuanıb. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi- Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, əməkdar həkim Rəşad Mahmudov bildirib ki, bu gün əsası qoyulan əməkdaşlıq tibbin müxtəlif sahələrini əhatə edəcək müştərək elmi tədqiqatların ərsəyə gəlməsinə və beynəlxalq statuslu davamlı tibbi təhsil tədbirlərinin həyata keçirilməsinə şərait yaradacaq. 

Aparılan müzakirələrdə daha geniş əlaqələrin yaradılması, ekspert mübadiləsinin həyata keçirilməsi, səhiyyə sahəsində çalışan mütəxəssislərin nəzəri və praktiki bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müştərək tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Sonra hər iki tərəf arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə həkim-rezidentlərin və ixtisasçıların mübadiləsini təmin etmək, onların təcrübə keçmələrinə şərait yaratmaq, müştərək seminar, simpozium, elmi konfrans, görüş, elmi-texniki sərgilər keçirmək, tədbirlərin təşkili və tibb sahəsinin müxtəlif aspektlərinə aid olan qanunvericiliyə, digər materiallara dair informasiya və müvafiq kadr potensialının yaradılması effektivliyinin monitorinqini keçirmək və qiymətləndirmək məsələləri əks olunub.

Elbrus İsayev qonaqlara hədiyyə təqdim edib, xatirə fotosu çəkdirilib. 

Sonra ali təhsil ocağında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma" adlı elmi konfrans öz işinə başlayıb. Öncə qonaqlar İncəsənət fakültəsinin sərgi salonunda ulu öndərin həyat və fəaliyyətinə həsr olunan sərgiyə baxıblar. Konfrans şəhidlərin əziz xatirəsinin, ulu öndərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev muxtar respublikada ali təhsilin formalaşması və inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosiali-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət proqramında” universitet ali təhsilin inkişafı üçün xüsusi maddələrin olmasını ali təhsilə göstərilən xüsusi diqqətin bariz nümunəsi hesab edib.  Elbrus İsayev muxtar respublikanın səhiyyə sahəsində kadr hazırlığını həyata keçirən və artıq 25 illiyi qeyd olunan Tibb fakültəsi üçün ayrıca korpusun inşa olunacağını diqqətə çatdırıb. Rektor bildirib ki,  artıq layihələndirilməsi başa çatdırılan korpusda elmi-tədiqat və xəstələrin müayinə və müalicəsi üçün Xəstəxana inşa ediləcək. Rektor perspektivləri yüksək olan layihəni qiymətləndirərək muxtar respublika səhiyyəsi üçün üstün cəhətləri barədə məlumat verib. 

 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, əməkdar həkim Ceyhun Məmmədov Naxçıvan sağlamlıq günləri çərçivəsində Naxçıvanda olduqlarından məmnunluq duyduğunu bildirib. Qeyd edilib ki, Ulu öndərin vətəni olan Naxçıvanda bu cür tədbirlər keçirmək və universitetlə birgə belə aktual mövzuya dair konfransda iştirak etmək olduqca qürurvericidir
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, əməkdar həkim Rəşad Mahmudov Naxçıvanda 2006-cı ildən apardığı ürək əməliyyatlarından, müayinə üsullarından danışıb. Naxçıvanla, naxçıvanlılarla bağlı uzun illərə söykənən xatirələrindən danışan əməkdar həkim bu bölgənin insanlarının vətənpərvər və yüksək insani keyfiyyətlərə sahib olmasından danışıb. 

Naxçıvan MR səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov muxtar respublikada səhiyyənin inkişafından, müasir dövrdə aparılan işlər barədə məlumat verib. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin  sədri, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova,  Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyərinin sədri, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova çıxış ediblər.

Konfransda İncəsənət fakültəsinin “Buta” instrumental ansamblının ifasında musiqi nömrələri səsləndirilib.

Sonra Rəşad Mahmudov və Zəhra Vəzirovanın moderatorluğu ilə konfrans öz işini “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, “Beyin ölümündən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzusunda təqdimatlarla davam etdirib.

Konfransda iştirakçıların suallları cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM