UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub

UNEC beynəlxalq reytinqdə dünya universitetləri ilə eyni qrupa daxil olub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.

Bu barədə NUHÇIXAN-a UNEC-dən məlumat verilib. Bildirilib ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC iqtisadiyyat və ekonometrika fənni sahəsi üzrə Böyük Britaniyanın Aston, Türkiyənin Sabançı, Çinin Shanghai, İsveçrənin Basel universitetləri, Qətər Universiteti, ABŞ-ın Aeva (Iowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse ali məktəbləri ilə eyni qrupa daxil olub.

Eləcə də UNEC həmin reytinqdə ABŞ-ın Luizana Dövlət, Kaliforniya Riversayd, Vaşinqton Dövlət, Böyük Britaniyanın Lester (401-450), Türkiyənin İstanbul (451-500), Hacettepe, ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən (501-550) önə çıxıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM