DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət qulluğuna qəbul üzrə fevralın 18-də keçirilmiş test imtahanında (B növü – inzibati icraçı) müvəffəqiyyət qazanan namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində (ilk iş günü istisna olmaqla) əldə edə bilərlər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM