Hindistanda leysan yağışlar nəticəsində azı 7 nəfər ölüb

Hindistanda leysan yağışlar nəticəsində azı 7 nəfər ölüb

Hindistanın cənubunda “Miçaunq” qasırğasının səbəb olduğu leysan yağışları ölkənin cənubundakı Tamil Nadu əyalətinin paytaxtı Çennayda azı 7 nəfərin ölməsinə səbəb olub.

Bu barədə NUHÇIXAN TASS-a istinadən xəbər verir.

Bildirilib ki, sakinlərin ölümünə şəhərin bəzi ərazilərində və ətraflarında daşqınlar nəticəsində evlərin uçması səbəb olub.

Güclü küləklə müşayiət olunan leysan evlərin dağılması, elektrik xətlərinin qırılması ilə nəticələnib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM