Ermənistan KTMT Parlament Assambleyasının iclaslarında iştirak etməyəcək

Ermənistan KTMT Parlament Assambleyasının iclaslarında iştirak etməyəcək

Ermənistan nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının (PA) dekabrın 19-da Moskvada keçiriləcək iclasında iştirak etməyəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikerinin mətbuat katibi Tsovinar Xaçatryan məlumat verib.

“Ermənistan parlamentinin spikeri Alen Simonyan dekabrın 19-da Moskvada keçiriləcək KTMT Parlament Assambleyası Şurasının iclasında və KTMT PA-nın 16-cı plenar iclasında iştirak etməyəcək. Milli Məclisin nümayəndə heyəti də iclaslarda iştirak etməyəcək”, - o bildirib.

Qeyd edilib ki, A.Simonyan bu barədə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə rəsmi məlumat verib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM