“Utair” şirkəti payız-qış cədvəlinə Azərbaycana reyslər daxil edib

“Utair” şirkəti payız-qış cədvəlinə Azərbaycana reyslər daxil edib

Rusiyanın “Utair” aviaşirkəti payız-qış cədvəlinə Azərbaycana reyslər daxil edib.

NUHÇIXAN xəbər verir ki, uçuşlar Moskva və regionlardan Bakı, Gəncə və Naxçıvana həyata keçiriləcək.

Şirkətin prezidenti Oleq Semyonov bildirib ki, bir il əvvəl “Utair” Azərbaycanın şəhərlərinə uçuşların sayını artırmışdı. İndi şirkət bu marşrutları ilboyu həyata keçirməyi qərara alıb.

“Utair”in payız-qış cədvəlinə Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen, Ufadan Bakıya, Moskvadan Gəncəyə və Naxçıvana reyslər daxildir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM