Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Moskvada görüşəcəklər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri dekabrın 5-də Moskvada görüşəcəklər.
M.Zaxarova vurğulayıb ki, nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Bundan əlavə, Rusiya XİN-in başçısı Sergey Lavrovun tədbir çərçivəsində ikitərəfli görüşləri də nəzərdə tutulub.