Finlandiya hökuməti Rusiya ilə sərhədi iki həftəlik tam bağlamaq qərarına gəlib

Finlandiya hökuməti Rusiya ilə sərhədi iki həftəlik tam bağlamaq qərarına gəlib

Finlandiya hökuməti noyabrın 30-dan dekabrın 13-dək şərq sərhədini tamamilə bağlamaq qərarına gəlib.

NUHÇIXAN Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Petteri Orpo və daxili işlər naziri Mari Rantanen noyabrın 28-də mətbuat konfransında bildiriblər.

Orponun sözlərinə görə, sərhədin bağlanması müvəqqəti xarakter daşıyır və təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədardır.

Bundan başqa daxili işlər naziri Rantanen vurğulayıb ki, sərhədin tam bağlanması milli təhlükəsizlik naminə lazımdır. Onun sözlərinə görə, Dövlət Şurası şərqi sərhəddə bütün nəzarət-keçid məntəqələrinin (NKM) müvəqqəti bağlanmasına, iki həftəyə hava limanlarında və su sərhəd keçid məntəqələrində sığınacağın təqdim edilməsi ilə bağlı müraciətlərin qəbul olunmasına qərar verib.

Baş nazir və daxili işlər naziri sərhədin bağlanmasını əsaslandıraraq parlamentin Konstitusiya Komitəsinin qərarına istinad ediblər.

Sərhəd Xidmətinin nümayəndəsi Matti Sarasmaa bildirib ki, qəbul edilmiş qərar yükdaşımalarının keçdiyi Vaynikkal dəmir yolu məntəqəsinə aid deyil. Sarasmaanın sözlərinə görə, bütün NKM-ni bağlamaq qərarı ötən həftə məlum olmayan yeni kəşfiyyat məlumatına əsaslanır. Sarasmaa bildirib ki, bağlanma müddəti sərhəddəki vəziyyətdən asılı olaraq qısaldıla və ya uzadıla bilər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM