Fransada siqaretdən hər il 75 min ölüm halı qeydə alınır

Fransada siqaretdən hər il 75 min ölüm halı qeydə alınır

Fransada hər il siqaretdən 75 minə yaxın ölüm halı qeydə alınır. Ölkədə inflyasiyanın mövcud və gözlənilən artımı fonunda siqaretin qiyməti mərhələli şəkildə artırılacaq.

NUHÇIXAN xəbər verir ki, bunu səhiyyə naziri Orelyən Russo 2023-2027-ci illəri əhatə edən tütünə qarşı milli mübarizə proqramı haqqında məlumat verərkən deyib. O, ölkədə qarşısı alına bilən ölümlərin əsas səbəbinin tütün olduğunu bildirib.

Artıq çimərliklərdə, parklarda, meşələrdə, ictimai yerlərdə, eləcə də məktəblərin yaxınlığında siqaret çəkmək qadağan olunub. Gələn il həmin məkanlarda siqaret çəkənlər cərimələnəcək.

Qeyd edilib ki, 2025-ci ildə bir qutu siqaretin qiyməti 12 avro, 2026-cı ildə isə ən azı 13 avro olacaq. Fransada hesab edirlər ki, tütünün qiymətinin artması onunla mübarizədə ən yaxşı vasitədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM