Pentaqon rəhbəri Volodimir Zelenskiyə yardımın davam edəcəyinə söz verib

Pentaqon rəhbəri Volodimir Zelenskiyə yardımın davam edəcəyinə söz verib

ABŞ müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Oustin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, o, bu barədə “X” də yazıb.

“Biz müttəfiqlərimizlə birlikdə döyüş meydanında Ukraynanı dəstəkləməyə və bu dövlətin uzunmüddətli müdafiə tələblərini dəstəkləməyə davam edəcəyik", - o bildirib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM