Fransada ultra sağçılar yenidən senata qayıdıblar

Fransada ultra sağçılar yenidən senata qayıdıblar

Fransa senatına seçkilərdə diqqət çəkən məqam ultra sağçıların yenidən senata qayıdışıdır. Sağçılar və mərkəzçilər üstünlüyü saxlayıb. Makronistlər isə həmişəki kimi çox az mandatla kifayətlənməli olub.

NUHÇIXAN xəbər verir ki, Fransanın 45 seçki dairəsində 170 yeni senator seçilib. Hər üç ildən bir keçirilən seçkilərdə sağlar senatda üstünlüyü saxlaya biliblər. Solçu qrupların təmsilçilərinin sayı isə 100-ə çatıb. Seçkilərdə ultra sağçıların üç nümayəndəsi qalib gəlib ki, bu da onların senata qayıdışı adlandırılır.

Ultra sağçı “Milli Birlik” (RN) partiyasının yeni nümayəndələri Milli Assambleyadakı 88 ultra sağçı deputatla birgə işləyərək, Lüksemburq Sarayında "möhkəm, lakin konstruktiv müxalifətə" rəhbərlik etmək istəklərini reallaşdırmaq niyyətindədir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM