Kosovonun şimalında serblərin etiraz aksiyaları davam edir

Kosovonun şimalında serblərin etiraz aksiyaları davam edir

Metohiya vilayəti ərazisində yerləşən Zveçan şəhərində yaşayan serblər yenidən etiraz aksiyası keçirib.

NUHÇIXAN xəbər verir ki, etirazçılar Kosovonun xüsusi təyinatlı qüvvələrinin regiondan çıxarılmasını və yeni seçilən alban bələdiyyə sədrlərinin istefasını tələb edirlər. Nümayişlər Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin (KFOR) müşayiəti ilə keçirilib.

Mayın 26-da Kosovo polisi Metohiya vilayəti ərazisində yerləşən Zveçan, Zubin-Potok və Leposaviç bələdiyyələrinin binalarını nəzarətə götürdükdən sonra bölgədə vəziyyət gərginləşib. Seçkilərdə qələbə qazanan alban bələdiyyə sədrlərinin fəaliyyətini təmin etməyə çalışan polis əməkdaşları serblərin müqaviməti ilə qarşılaşıb. Baş verən toqquşmalarda 80-dən çox insan xəsarət alıb. KFOR hərbçilərindən də yaralananlar olub.

Serbiya Prezidenti Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib. Kosovonun Baş naziri Albin Kurti Belqradı iğtişaşların təşkilində günahlandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM