81 parlamentari ATƏT Parlament Assambleyasının qış sessiyasına Rusiyanı dəvət etməməyə çağırıb

81 parlamentari ATƏT Parlament Assambleyasının qış sessiyasına Rusiyanı dəvət etməməyə çağırıb

Fevralın 23-24-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçiriləcək qış sessiyası ərəfəsində ATƏT-ə üzv olan 20 ölkədən 81 parlamentari Avstriya hökumətini Rusiya nümayəndə heyətini dəvət etməməyə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, parlament üzvünün müraciətində Rusiyanın beynəlxalq tədbirdə iştirakının təxribat kimi qəbul olunacağı ifadə edilib.

Polşa, Litva, Belçika, Kanada, Fransa, Gürcüstan, Almaniya və digər ölkələrin təmsilçilərinin müraciətini Avstriyanın Xarici İşlər Nazirliyi cavablandırıb. Nazir Aleksander Şallenberqin adından yayılan açıqlamada Avstriyanın beynəlxalq sazişlərə sadiq qalaraq Rusiya nümayəndə heyətinin ölkəyə səfər etməsinə qarşı çıxmayacağı qeyd olunub. Bildirilib ki, beynəlxalq hüquq bu mövzuda populyar olmasa da, həmin beynəlxalq hüquqa əməl olunacaq.

Eyni zamanda A. Şallenberq Rusiya nümayəndə heyətinin Vyanada olarkən səfərin təyinatı üzrə yalnız ATƏT PA iclaslarında iştirak etməli olduqlarını, əlavə tədbirlərə, xüsusilə də radikal qüvvələrin həmin vaxta təsadüf edən Akademiklər Balına qatılmayacaqlarını vurğulayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM