“Apple” kompaniyasının gəlirləri son bir neçə ildə ilk dəfə azalıb

“Apple” kompaniyasının gəlirləri son bir neçə ildə ilk dəfə azalıb

“Apple” kompaniyasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə gəlirləri son üç il yarımda ilk dəfə azalıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Financial Times” nəşrinə istinadla xəbər verir ki, kompaniyanın hesabatına əsasən, 2022-ci ilin son rübündə əməliyyat gəlirləri 117,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faiz azdır. Ötən rübün xalis gəliri isə 13,4 faiz azalaraq 30 milyard dollar olub.

“Apple” rəhbərliyi bunu “iPhone” smartfonlarının istehsalı üzrə dünyadakı ən böyük müəssisəsinin yerləşdiyi Çinin Çjençjou şəhərində koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən təchizat zəncirində problemlərin yaranması ilə izah edib. Kompaniyanın məlumatına görə, artıq bütün problemlər aradan qaldırılıb və müəssisədə istehsalat müvafiq səviyyəyə çatıb.

Əsası 1976-cı ildə qoyulan “Apple” "iPhone" smartfonları, "iPad" planşetləri, "iMac" kompüterləri, "MacBook" noutbukları və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur. Kompaniyanın mənzil-qərargahı ABŞ-ın Kupertino şəhərində (Kaliforniya ştatı) yerləşir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM