Qazaxıstan parlamentinin yuxarı palatasına seçkilər gələn il yanvarın 14-də keçiriləcək

 Qazaxıstan parlamentinin yuxarı palatasına seçkilər gələn il yanvarın 14-də keçiriləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Senatına (Qazaxıstan parlamentinin yuxarı palatası) seçkilərin 2023-cü il yanvarın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının Parlament Senatına seçkilər 2023-cü il yanvarın 14-nə təyin edilsin. Ölkə hökuməti, Astana, Almatı və Şimkent şəhərlərinin akimləri (administrasiya rəhbərləri), regionlarda deputat seçkilərinin təşkili, maddi-texniki və maliyyə dəstəyi üçün tədbirlər görsünlər”, - deyə fərmanda bildirilir.

Qazaxıstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci yarımbəndinə əsasən, Parlament Senatı üzvlərinin səlahiyyət müddəti 2023-cü ildə bitir.

Kasım-Jomart Tokayev noyabrın 26-da, həmçinin Qazaxıstan Respublikası Prezidentinin seçki proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında və 2023-2027-ci illər üçün Qazaxıstan Respublikasının kənd ərazilərinin inkişafı Konsepsiyası haqqında fərmanlar imzalayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər