Türkiyə Filippinə iki “Atak” hücum helikopteri təhvil verib

Türkiyə Filippinə iki “Atak” hücum helikopteri təhvil verib

Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi iki ədəd “T129 Atak” hücum helikopterini ölkəyə təhvil verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, Filippin Hərbi Hava Qüvvələrinin sifariş etdiyi altı helikopterdən ibarət partiyanın ikinci və üçüncüsüdür. Daha iki helikopter dekabrda sınaqları başa çatdıqdan sonra ölkəyə təhvil veriləcək.

Ümumilikdə TÜSAŞ müxtəlif hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş 75 ədəd “T129 Atak” helikopterini Filippinə çatdırıb.

“T129” hücum helikopteri “Agusta A129 Mangusta” platforması əsasında Avropanın “AgustaWestland” konserni ilə birgə hazırlanıb.

Helikopter gündüz və gecə saatlarında isti və yüksək dağlıq ərazilərdə quru qoşunlarına və kəşfiyyat missiyalarına atəş dəstəyi vermək üçün nəzərdə tutulub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM