Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi keçirilib

Şənbə günü paytaxt Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təntənəli andiçmə mərasimi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, Müstəqillik Sarayında xalqı qarşısında and içən Kasım-Jomart Tokayevin rəsmi olaraq dövlət başçısı kimi fəaliyyəti başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Kasım-Jomart Tokayevə Qazaxıstan Prezidentinin vəsiqəsini təqdim edib. Tədbirdə, həmçinin deputatlar, Konstitusiya şurasının üzvləri, Ali məhkəmənin hakimləri, hökumət üzvləri də iştirak edib.

Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı Prezidenti Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM