Qırğızıstan parlamentinin spikeri paytaxt rayonlarının adlarını təcili dəyişdirməyə çağırıb

Qırğızıstan parlamentinin spikeri paytaxt rayonlarının adlarını təcili dəyişdirməyə çağırıb

Qırğızıstan parlamentinin sədri Nurlan Şakiyev ölkə rəhbərliyinin dövlət dilinin inkişafına dair planları ilə əlaqədar olaraq respublika paytaxtının bütün rayonlarının rus dilindəki adlarının təcili dəyişdirilməsinə çağırıb.

NUHÇIXAN İnformasiya Agentliyi qırğız mediasına istinadla xəbər verir ki, parlamentin spikeri bu barədə cümə günü Bişkekdə ümumxalq qurultayında çıxışı zamanı bildirib. "Bişkekin bütün rayonlarının adlarını təcili olaraq dəyişdirmək lazımdır, Qırğızıstanın bəzi yaşayış məntəqələri hələ də başqa dillərdə adlar daşıyır", - spiker belə deyib.

Onun sözlərinə görə, Qırğızıstanda dövlət dilinin inkişafı ilə bağlı planlar hələ tam reallaşmayıb.

Bundan əvvəl Qırğızıstan parlamentinin bir neçə digər deputatı da analoji təşəbbüslə çıxış edərək, respublika paytaxtının bütün rayonlarına qırğız adlarının verilməsini təklif etmişdilər. Hazırda Bişkekin rayonları “Leninski, Pervomayski, Oktyabrski və Sverdlovski” adlanır.

Qırğız dili respublikada dövlət dilidir, rus dili isə rəsmi dil elan edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM