Şarl Mişel Aİ sammitində Ukrayna və Moldovaya namizəd statusunun veriləcəyinə əmindir

Şarl Mişel Aİ sammitində Ukrayna və Moldovaya namizəd statusunun veriləcəyinə əmindir

Avropa İttifaqının bu gün keçiriləcək sammitinin iştirakçıları Ukrayna və Moldovaya Aİ üzvlüyü üçün namizəd statusu verilməsini dəstəkləyəcəklər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə jurnalistlərin suallarını cavablandıran zaman Ukrayna və Moldovaya namizəd statusunun veriləcəyinə əminliyini ifadə edib.

Avropa Parlamentinin rəhbəri Roberta Metsola isə hesab edir ki, ukraynalılara mənəvi dəstək üçün Kiyevə namizəd statusu verilməlidir, lakin real üzvlüklə bağlı hələ çox addımlar atmaq lazım gələcək.

Xatırladaq ki, iyunun 17-də Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına daxil olmaq üçün namizəd statusu verilməsini və Gürcüstanla bağlı bu qərarın təxirə salınmasını tövsiyə edib. Qurumun rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, Ukrayna üzvlük yolunda daha da irəliləmək üçün ilk növbədə ciddi islahatlar aparmalı və ölkəni oliqarxiyadan təmizləməlidir.

Xəbər lenti
Bir şəhərin monoloqu

12:39 29.06.2022

Çox oxunan xəbərlər