Hindistan son altı ildə ilk dəfə şəkər ixracını məhdudlaşdırıb

Hindistan son altı ildə ilk dəfə şəkər ixracını məhdudlaşdırıb

Hindistan daxili bazarda bolluğu təmin etmək və qiymət artımının qarşısını almaq üçün şəkər ixracatına məhdudiyyət tətbiq edib. Bu son altı il ərzində Nyu-Dehlinin şəkər ixracını məhdudlaşdırdığı ilk haldır.

NUHÇIXAN İnformasiya Agentliyi “The Economic Times” nəşrinə istinadla xəbər verir ki, Hindistan hökumətinin qərarına əsasən, tədarükçülər iyun ayının 1-dən oktyabrın 31-dək şəkər satışı üçün müvafiq icazə almalıdır. Məhdudiyyətlər əvvəllər müəyyən edilən kvotalar çərçivəsində ABŞ-a və Avropa İttifaqı ölkələrinə şəkər ixracına şamil edilməyəcək.

Hindistan dünyanın ən iri şəkər istehsalçısı və Braziliyadan sonra ikinci ən böyük şəkər ixracatçısıdır. Bu səbəbdən Hindistan hökumətinin qərarı bütün dünyada şəkərin qiymətinə təsir göstərəcək. Bir müddət öncə Hindistan taxıl ixracına qadağa qoymuşdu və bu, dünya bazarında qiymət artımına səbəb olmuşdu.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM