Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz hərraca çıxarılacaq

Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz hərraca çıxarılacaq

Kosmosdan gəldiyi iddia edilən 555.55 karat qara almaz “Sotheby's” şirkəti tərəfindən hərraca çıxarılacaq.

NUHÇIXAN İnformasiya Agentliyi CNN-ə istinadla xəbər verir ki, “Sotheby's” şirkətinin "The Enigma" adlandırdığı nadir daş-qaşın ya meteorit, ya da Yerlə toqquşan asteroiddən yarandığı güman edilir.

Təxminən 6,8 milyon dollara satılacağı gözlənilən, dünyanın ən qiymətli daş-qaşlarından biri olan bu qara almaz “Sotheby's” şirkəti tərəfindən Dubay və Los-Ancelesdə sərgiləndikdən sonra fevralın 3-dən 9-na kimi onlayn auksionda satılacaq. Şirkət ödəniş olaraq kriptovalyutanı da qəbul edəcəyini bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM