ÜST koronavirusun endemiya kimi təsnif edilməsindən narahatdır

ÜST koronavirusun endemiya kimi təsnif edilməsindən narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yoluxmaların rekord həddə çatdığı indiki dövrdə bir sıra dövlətlərin COVID-19 xəstəliyini qrip və digər endemik xəstəliklər kimi təsnif etməsindən narahatdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq qurum İspaniya və bir sıra digər ölkələrin yanaşmasını tələsmiş qərar kimi dəyərləndirib. Qeyd edilib ki, xəstəliyin endemiya mərhələsinə keçməsini söyləmək üçün hələ çox tezdir. İspaniyada əhalinin 90,5 faizi koronavirusa qarşı peyvənd edilib və yoluxma hallarına görə xəstəxanaların yüklənməsi nəzarət oluna bilən səviyyədədir, lakin bununla belə məhdudiyyətlərin aradan qaldırılmasında diqqətli olmaq lazımdır.

ÜST baş direktoru Tedros Qebreyesusun sözlərinə görə, pandemiya hələ aradan qalxmayıb və yeni virus variantlarının meydana gələ bilməsi mümkündür. Xəstəlik və törədicilər o zaman endemik hesab olunur ki, onlar davamlı şəkildə və tez-tez məhdud regionlarda baş versin və ya əhalinin bir hissəsini yoluxdursun.

Beynəlxalq qurumun fövqəladə hallar üzrə direktoru Mark Rayan isə qeyd edib ki, endemiya hansısa xəstəliyə adi və ya yüngül xəstəlik kimi baxmağa əsas vermir. Buna misal olaraq dünyanın bir sıra regionunda endemik xarakter almış malyariya xəstəliyini göstərmək olar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM