Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Qazaxıstanda iğtişaşlar nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Qazaxıstanda yanvar hadisələri nəticəsində zərər çəkmiş binaların və əmlakın təmirinə çəkilən xərclər nəzərə alınmaqla, ölkəyə ümumilikdə 136,8 milyard tenqe (təxminən 313,6 milyon ABŞ dolları) həcmində zərər dəydiyi açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Kazinform agentliyinə istinadla xəbər verir ki, Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin məlumatına görə, dövlət orqanlarına dəyən zərər 54,6 milyard tenqe (125,1 milyon dollar) təşkil edir. 1923 biznes obyektinə isə 82,2 milyard tenqe (188,4 milyon dollar) ziyan vurulub. İğtişaşların gedişində səkkiz regionda 351 daşınmaz obyekt zədələnib. Onlardan 45-i dövlət orqanlarına, 306-sı isə kommersiya obyektlərinə aiddir.

İlkin hesablamalara əsasən, zərər çəkmiş binaların təmiri və bərpası üçün 28,8 milyard tenqe (66 milyon dollar) vəsait tələb olunur.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM