ABŞ-də "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın səkkiz üzvü həlak olub.
NTV verir ki, bu barədə "CNN" Edvards Hərbi Hava Qüvvələri Bazasına istinadla məlumat yayıb.
Qeyd olunub ki, hadisə yerinə dərhal fövqəladə xidmət qüvvələri cəlb olunub. Hazırda qəzanın səbəbləri araşdırılır.
"B-52", ABŞ Hərbi Hava Qüvvələrinin ən qədim təyyarələrindən biridir və ilk dəfə 1955-ci ildə istifadəyə verilib.
Bu uzunmənzilli, ağır bombardmançı təyyarə adətən beş nəfərlik heyət, eyni zamanda nüvə bombaları və qanadlı raketlər daşıya bilir.
İşlək vəziyyətdə olan "B-52H" versiyası ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında mühüm rol oynamağa davam edir və bu təyyarələrin sayı 76-dır.
Təyyarə ABŞ və İran arasında mövcud münaqişə zamanı bombardman missiyalarında istifadə olunub.
