satellite   Azerspace-1: 11135 H 30000

Əlverişsiz hava şəraitinə görə, Pakistanda ölən və yaralananlar var

Əlverişsiz hava şəraitinə görə, Pakistanda ölən və yaralananlar var

Pakistanın Xayber-Paxtunxva vilayətində əlverişsiz hava şəraitinin fəsadları səbəbindən azı yeddi nəfər ölüb, 33 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə "Dawn" vilayətin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinə (PDMA) istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, güclü yağış və külək səbəbindən bir neçə dairədə, o cümlədən Bannu, Şanqla və Mansehrədə damların və divarların uçması nəticəsində yeddi nəfər, o cümlədən iki uşaq, dörd kişi və bir qadın ölüb. Xəsarət alan 33 nəfər arasında yeddi kişi, 12 qadın və 14 uşaq var.

Qeyd olunur ki, zərərçəkmiş bölgələrdə fəsadların aradan qaldırılması və sakinlərin xilas edilməsi üzrə gücləndirilmiş işlər aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM