satellite   Azerspace-1: 11135 H 30000

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Təhlükəsizlik vasitələri olmadan təhlükəli hərəkətləri ilə tanınan yəmənli alpinist Əntar əl-Absi Damt vulkanının qaynayan kraterinə yıxılıb.

NTV xəbər verir ki, bu barədə Yəmən Mülki Müdafiə Xidmətinə istinadla Yemen Online məlumat yayıb. Hadisə Hörümçək Adam ləqəbi ilə tanınan Əntar əl-Absinin dırmanmasını lentə alan tamaşaçıların gözü qarşısında baş verib.

Xilasedicilər alpinistin yoxa çıxmasından dərhal sonra axtarış əməliyyatına başlayıblar. Onun cəsədi yatmış vulkanın içərisindəki isti, kükürdlü sularda tapılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM