satellite   Azerspace-1: 11135 H 30000

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı artmaqda davam edir.

NTV  xəbər verir ki, ölkəyə aprel ayında 288,5 min xarici qonaq gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur və pandemiyadan əvvəlki səviyyənin 94 faizinə bərabərdir.

Ən yüksək artım Çindən gələn turistlər arasında qeydə alınıb. Belə ki, bu ölkədən gələnlərin sayı 52 faiz artaraq 32,5 min nəfərə çatıb. ABŞ-dən gələn turistlərin sayı 14 faiz artaraq rekord həddə – 25,8 min nəfər olub. Avstraliyadan 138 min, Hindistandan isə 8 min ziyarətçi qəbul edilib.

Yeni Zelandiyanın turizm və qonaqpərvərlik naziri Luiz Apston bildirib ki, göstəricilər ölkənin turizm sektorunda davam edən bərpanı və beynəlxalq səyahətçilərə tələbatın artdığını nümayiş etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM