Məşhur “The Athletic” nəşri ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatının ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
NTV xəbər verir ki, siyahıya Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele başçılıq edir. İkinci pillədə İngiltərə yığmasının kapitanı Harri Keyn (“Bavariya”, Almaniya) yer alıb. İlk “3-lüy”ü İspaniya seçməsinin və “Barselona”nın vingeri Lamin Yamal tamamlayır.
İlk “10-luq”da, müvafiq olaraq, Maykl Olise (Fransa), Vitinya (Portuqaliya), Kilian Mbappe (Fransa), Qabriel (Braziliya), Pedri (İspaniya), Əşrəf Hakimi (Mərakeş) və Brunu Fernandeş (Portuqaliya) də qərarlaşıblar.
Seçim edilərkən futbolçuların yalnız istedadı deyil, həm də fiziki vəziyyəti və oynamaq ehtimal da nəzərə alınıb.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
