satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

May ayında Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft istehsalı əvvəlki aya nisbətən 180 min barel azalaraq gündəlik 18 milyon 830 min barel olub.

NTV  aylıq OPEC-in hesabatına istinadla xəbər verir ki, ötən ay kartel üzrə ən böyük hasilat azalması İran, Liviya, Nigeriya və Konqoda qeydə alınıb.

İranın xam neft hasilatı gündəlik təxminən 546 min barel azalaraq 2 milyon 330 min barelə, Liviyanın hasilatı təqribən 5 min barel azalaraq 1 milyon 300 min barelə düşüb. Nigeriyanın hasilatı isə sutkada təxminən 2 min barel azalaraq 1 milyon 520 min barelə, Konqonun hasilatı isə təxminən min barel azalaraq 280 min barelə geriləyib.

Ay ərzində OPEC üzvləri arasında Səudiyyə Ərəbistanı, İraq və Venesuelada neft hasilatı artıb. Səudiyyə Ərəbistanında gündəlik hasilat 157 min barel artaraq 6 milyon 912 min barelə, İraqda gündəlik istehsal 75 min barel artaraq 1 milyon 481 min barelə, Venesuelada isə 36 min barel artaraq 1 milyon 72 min barelə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM