satellite   Azerspace-1: 11135 H 30000

Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb

Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasla telefon danışığı aparıb.
NTV-nin  məlumatına görə, Əraqçi Kallasla ABŞ-ın İrandakı bəzi hədəflərə hücumlarından sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.

Əraqçi ABŞ-ın son hücumunu kəskin şəkildə pisləyib, bunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

O qeyd edib ki, bu addımlar atəşkəsi təsirsiz edir və bunun doğuracağı təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Əraqçi BMT-yə üzv ölkələrin bu addımlar qarşısında susmasını tənqid edib. O xəbərdarlıq edib ki, beynəlxalq səviyyədə passivlik regional və qlobal təhlükəsizliyin daha da pisləşməsinə səbəb olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM