Polşa polisi sərhəd mühafizəçiləri ilə birgə ölkə daxilində ədalət mühakiməsindən yayınanların müəyyən edilməsinə yönəlmiş tədbirlər həyata keçirib.
NTV xəbər verir ki, polis orqanlarının məlumatına görə, kampaniyanın gedişində axtarışda olan təxminən 2 min şəxs və Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb.
“Saxlanılan şəxslər arasında 117 Ukrayna, 12 Gürcüstan, 6 Belarus, 2 Moldova, 1 Rusiya vətəndaşı və digər ölkələrin 31 vətəndaşı olub”, - deyə polisin açıqlamasında bildirilir.
Əməliyyat zamanı zorlama, narkotiklə əlaqəli cinayətlər, mütəşəkkil cinayətkar dəstədə iştirak və xeyli miqdarda narkotik və psixotrop vasitələrin ticarəti də daxil olmaqla, ağır cinayətlərə görə axtarışda olan şəxslər saxlanılıb.
