satellite   Azerspace-1: 11135 H 30000

İran Hörmüzdə gəmilərin hərəkətinin tamamilə bağlandığını təsdiqləyib

İran Hörmüzdə gəmilərin hərəkətinin tamamilə bağlandığını təsdiqləyib

İranın Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsinə cavabdeh olan yeni qurumu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) gecə saatlarında verdiyi bəyanatdan sonra su yolunun qeyri-müəyyən müddətə bağlanması barədə qərarı təsdiqləyib.

NTV  xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

"Regionda ABŞ qüvvələrinin təcavüzünün yaratdığı gərginlik, eləcə də İran silahlı qüvvələrinin ötən gecə verdiyi bəyanatla əlaqədar olaraq, Hörmüz boğazı növbəti xəbərdarlığa qədər bağlı qalacaq", - məlumatda bildirilib.

Qurum həmçinin boğazdan keçmək üçün artıq icazə almış gəmiçilik şirkətlərinə və gəmi operatorlarına müraciət edərək sonrakı təlimatları gözləmələrini xahiş edib.

Hörmüz boğazı neft və mayeləşdirilmiş təbii qazın nəqli üzrə dünyanın ən vacib marşrutlarından biridir. Fars körfəzi ölkələrindən qlobal enerji daşıyıcıları ixracının əhəmiyyətli hissəsi oradan keçir. Boğazın bağlanması qlobal enerji bazarlarına və beynəlxalq gəmiçiliyə ciddi təsir göstərə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM