satellite   Azerspace-1: 11135 H 30000

Çin sınaq peykini kosmosa göndərib

Çin sınaq peykini kosmosa göndərib

Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa buraxılıb.

NTV  Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-5” raketi ilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub.

Məlumata görə, peyk çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaq və yoxlama işləri üçün istifadə olunacaq.

Qeyd edək ki, bu buraxılış “Long March” raket seriyasının 650-ci missiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM