Birləşmiş Ştatların kommersiya xam neft ehtiyatları azalır.
NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7 milyon 200 min barel azalaraq 426 milyon 500 min barel olub. Bazar proqnozları ehtiyatların 3 milyon barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 7 milyon 900 min barel geriləyərək 349 milyon 200 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 200 min barel ataraq 215 milyon 100 min barel təşkil edib.
