satellite   Azerspace-1: 11135 H 30000

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan “Emirates” Yaxın Şərqdəki gərginliyə baxmayaraq, sərnişinləri Dubaya və ya bu şəhər üzərindən uçuşlara təşviq etmək məqsədilə əlavə sığorta paketi təqdim etməyə hazırlaşır.

NTV xəbər verir ki, şirkətin prezidenti Tim Clark bu barədə “Financial Times” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, “Emirates” sığorta şirkətləri ilə birlikdə sərnişinlərə vəsaitin geri qaytarılması və müştərilərin evə təhlükəsiz çatdırılmasına zəmanət verən münasib qiymətə aviabiletlər üzərində işləyir.

Aviaşirkət, həmçinin zərurət yaranacağı təqdirdə digər daşıyıcıların xidmətlərindən istifadə etməklə geri dönüş uçuşlarının təşkilini də öz üzərinə götürməyi planlaşdırır.

Tim Clark bildirib ki, şirkət regionda münaqişənin yenidən alovlanması riskini nəzərə alaraq əvvəlki mənfəət hədəflərindən imtina edib və maliyyə ilini zərərsiz başa vurmağa çalışır.

Qeyd edək ki, Yaxın Şərqdə davam edən hərbi qarşıdurma və hava məkanlarının qismən bağlanması son aylarda çoxsaylı reyslərin təxirə salınmasına və ya ləğvinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM