satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Əfqanıstanla sərhəddə terrorçulara zərbə endirib

Pakistan Əfqanıstanla sərhəddə terrorçulara zərbə endirib

Pakistan hərbçiləri Əfqanıstanla sərhəd rayonlarında "Fitnə əl-Həvaric" qruplaşmasının yaraqlılarına hücum edib.

NTV-nin  məlumatına görə, bu barədə Pakistanın informasiya naziri Əttaulla Tarar "X" hesabında bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 26 yaraqlı öldürülüb.

"Etibarlı kəşfiyyat məlumatları əsasında düşərgələrə və sığınacaqlara zərbələr endirilib. Dörd obyekt, o cümədən təlim mərkəzi, sığınacaq, sursat anbarı, eləcə də "Fitnə əl-Həvaric" qruplaşmasının komandirləri ilə əlaqəli mərkəzlər tamamilə məhv edilib", - o yazıb.

Nazir həmçinin qeyd edib ki, Pakistan həmişə regionda sülh və sabitliyin qorunmasına çalışır, lakin ölkə vətəndaşlarının təhlükəsizliyi və müdafiəsi əsas prioritet olaraq qalır.

"Terrorun kökünü kəsmək məqsədilə yaraqlılara qarşı antiterror kampaniyası tam gücü ilə davam etdiriləcək", - Tarar bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM