satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkənin müdafiə xərclərinin artırılması məqsədilə vergilərin yüksəldilə biləcəyinə işarə edib.

NTV  “The Independent”ə istinadla xəbər verir ki, nazir hökumətin yaxın həftələrdə açıqlanması gözlənilən çoxmilyardlı müdafiə investisiyası planını əlavə borclanma hesabına maliyyələşdirmək niyyətində olmadığını bildirib. Rivz qeyd edib ki, hökumət məhdud maliyyə imkanları şəraitində fəaliyyət göstərir və dəyişən beynəlxalq təhlükəsizlik mühitində müdafiəyə daha çox vəsait ayrılması qaçılmazdır.

“Biz maliyyə baxımından məhdud imkanlar dövründə yaşayırıq və bu barədə açıq danışmalıyıq. Müdafiəyə daha çox vəsait xərcləməli olacağıq”, – deyə maliyyə naziri vurğulayıb.

O bildirib ki, müdafiə sahəsinə əlavə maliyyə ayrılması üçün daha çox borclanmaq əvəzinə vergilərin artırılması daha məqsədəuyğun seçim ola bilər. Nazir yüksək vergilərin müəyyən çətinliklər yaratdığını etiraf etsə də, bunun faiz dərəcələrinin və Böyük Britaniyanın borclanma risklərinin artmasından daha yaxşı variant olduğunu deyib.

“Bu vəsait haradansa gəlməlidir və borclanma hər zaman cavab ola bilməz”, – deyə Rivz əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM