satellite   Azerspace-1: 11135 H 30000

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Modi Hindistanın Baş naziri kimi rekord qırıb

Narendra Modi Hindistanın müasir tarixində ən uzun müddət fasiləsiz fəaliyyət göstərən Baş nazir olub.

NTV  xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb. İyunun 10-na olan məlumata görə, Modi Baş nazir kimi 4399-cu gününü tamamlayaraq Hindistanın ilk Baş naziri Cəvahirləl Nehrunun 4398 günlük rekordunu geridə qoyub.

Qeyd edək ki, Modi daha əvvəl keçmiş Baş nazir İndira Qandinin ən uzun fasiləsiz fəaliyyət rekordunu yeniləmişdi. O, Nehrudan sonra vəzifədə olduğu müddətdə ardıcıl üç parlament seçkisində qələbə qazanan ilk Baş nazir kimi tarixə düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM