satellite   Azerspace-1: 11135 H 30000

İndoneziyada vulkan püskürüb, sakinlərə və turistlərə xəbərdarlıq edilib

İndoneziyada vulkan püskürüb, sakinlərə və turistlərə xəbərdarlıq edilib

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı yenidən aktivləşib - bir sutka ərzində azı dörd püskürmə baş verib.

NTV xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Təsirlərinin Azaldılması Mərkəzinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, kül vulkanın zirvəsindən 1,2 km yuxarı qalxıb. Yerli sakinlərə və turistlərə kraterdən 5 km radiusda uzaq durmaq barədə xəbərdarlıq edilib.

"Semeru" İndoneziyanın hündürlüyünə görə dördüncü vulkanı və Yava adasının ən yüksək nöqtəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM