Cənubi Afrika Respublikasının Yohannesburq şəhərinin Klivlend qəsəbəsində bu gecə atışma nəticəsində 12 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
NTV xəbər verir ki, bu barədə yerli "Enca" portalı məlumat yayıb.
Bildirilib ki, 11 nəfər hadisə yerində, bir nəfər isə aldığı xəsarətlərdən daha sonra xəstəxanada ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, 10-dan çox silahlı şəxs yaşayış məntəqəsinə daxil olaraq sakinlərə atəş açmağa başlayıb, bundan sonra isə avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Hücumun səbəbi hələ ki, məlum deyil.
