satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Böyük Britaniyaya qanunsuz yolla getməyə çalışan 300-dən çox şəxs Liviyada qaçırılıb, onlar işgəncələrə məruz qalıb və orqanlarının çıxarılması ilə hədələniblər.

NTV  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirildiyinə görə, İraq Kürdüstanından olan gənclər Liviyada fəaliyyət göstərən silahlı qruplaşma tərəfindən girov götürülüblər. Qruplaşma hər bir girovun ailəsindən 5 min Amerika Birləşmiş Ştatları dolları tələb edib. Onlara ödəniş vaxtında edilməyəcəyi təqdirdə, girovların böyrəklərinin çıxarılacağı bildirilib.

BBC-nin əməkdaşı azadlığa buraxılmış bir neçə keçmiş girovla danışıb və məcburi cərrahi əməliyyatların həyata keçirildiyini sübut edən fotolar əldə edib. Keçmiş girovlar işgəncələrə məruz qaldıqlarını, son dərəcə ağır şəraitdə saxlanıldıqlarını bildiriblər. Onların sözlərinə görə, təxminən 180 nəfər eyni kamerada qalmağa məcbur edilib.

Məlumata əsasən, girovlardan azı 1 nəfər həyatını itirib. Hazırda neçə nəfərin əsirlikdə qaldığı məlum deyil.

Bildirilib ki, silahlı qruplaşma əvvəlcə miqrantları Liviyadan Aralıq dənizi sahillərinə çatdırmalı olub. Lakin miqrantların səfərini təşkil edən insan alverçisi Noah Aaron ilə ödəniş məsələsində yaranan mübahisə nəticəsində vəziyyət dəyişib və miqrantlar girov götürülüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM