satellite   Azerspace-1: 11135 H 30000

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Qırğızıstan BMT-nin Asiya-Sakit Okean regionunda Kağızsız Ticarət Şurasına sədr seçilib.

NTV Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, qərar Banqkokda Kağızsız Ticarət Şurasının beşinci sessiyasında səsvermə nəticəsində qəbul edilib. Monqolustan isə sədr müavini seçilib.

Qeyd olunub ki, Qırğızıstan ardıcıl üçüncü dəfə bu vəzifəyə seçilir. Şura regionda ticarət proseslərinin rəqəmsallaşdırılması, sərhədlərarası sənəd dövriyyəsinin sadələşdirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM