Pskov hava limanında təyyarələrin gəlişi və uçuşu dayandırılıb.
NTV TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
