satellite   Azerspace-1: 11135 H 30000

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

İranın hücumları səbəbindən müvəqqəti bağlanan Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti yenidən bərpa olunub.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Qəzza zolağı və İordan çayının qərb sahilində hökumət fəaliyyətlərinin əlaqələndirilməsi üzrə agentliyi məlumat yayıb. Bildirilib ki, humanitar yardımın Qəzza zolağına çatdırılması üçün Kerem Şalom keçid məntəqəsi yenidən açılıb. Həmçinin Rəfah keçidi hər iki istiqamətdə insanların məhdud hərəkəti üçün fəaliyyətini bərpa edib.

Məlumata görə, keçidlər vasitəsilə hərəkət Misir və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiya tələblərinə uyğun şəkildə həyata keçiriləcək. Agentlik Qəzza zolağına humanitar yardımın çatdırılmasına dəstəyin davam etdiriləcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM