NATO liderlərinin növbəti sammitində müzakirə olunacaq əsas məsələlərdən biri də Ukraynaya hərbi yardımla bağlı olacaq.
NTV xəbər verir ki, bu barədə "Politico" nəşri NATO diplomatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, NATO ölkələri Ukraynaya 70 milyard avro dəyərində yeni hərbi yardımın ayrılması imkanını nəzərdən keçirir və bu yardımın gələn ay alyansın Ankarada keçiriləcək sammiti zamanı açıqlanması planlaşdırılır.
NATO-nun dörd diplomatı bildirib ki, Almaniyanın ötən ay verdiyi təklif Ukraynanın maliyyələşdirilməsində şəffaflığı artırmaq üçün yeni bir mexanizmi əhatə edəcək.
