satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Hakan Fidan: Türkiyə İranla ABŞ arasında aparılan danışıqları müsbət qiymətləndirir

Ankara Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirir və prosesin konkret nəticələrlə yekunlaşacağına ümid edir.

NTV xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu barədə Banqladeşdə keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, İran və ABŞ arasında mümkün qarşıdurma təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərə bilər. O qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin tam bərpası və sabitliyin təmin olunması qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından mühüm əhəmiyyət daşıyır.

Hakan Fidan Türkiyənin Körfəz bölgəsində vəziyyətin nizamlanmasına dəstək məqsədilə diplomatik səylərini artırdığını, həmçinin region ölkələri ilə fəal məsləhətləşmələr apardığını vurğulayıb.

Atəşkəs rejiminin vaxtaşırı pozulmasından narahatlığını ifadə edən nazir tərəfləri diplomatik prosesə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırıb və beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması istiqamətində vahid mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib. Hakan Fidan, həmçinin İsrailin işğalına və Livana hücumlarına tamamilə son qoymağın vacib olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM