satellite   Azerspace-1: 11135 H 30000

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib

Monteneqronun Baş naziri Miloiko Spajiç ölkəsinin 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzv olmasının real hədəf olduğunu bildirib.

NTV xəbər verir ki, Baş nazir bu barədə RFI radiosuna müsahibəsində danışıb. Onun sözlərinə görə, Monteneqro Aİ-yə üzvlüklə bağlı danışıqların bütün mərhələləri 2026-cı ilin sonuna və ya 2027-ci ilin əvvəlinə qədər bağlamağı planlaşdırır. Daha sonra ratifikasiya prosesinin 2027-2028-ci illərdə başa çatdırılması nəzərdə tutulur.

Miloiko Spajiç qeyd edib ki, yekun qərar Aİ-yə üzv dövlətlərdən asılı olacaq və Monteneqro bütün prosedurlara hörmətlə yanaşır.

Qeyd edək ki, Monteneqro Avropa İttifaqına üzvlüyə rəsmi namizəd ölkələrdən biridir. Hökumət ölkənin 2028-ci ilə qədər Aİ-nin növbəti üzvünə çevrilməsini qarşıya məqsəd qoyub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM