İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor İsmayıl Qaani İsrail ordusunu Livanda fevralın 27-nə olan mövqelərə geri çəkilməyə çağırıb. O, bunun müqavimət qüvvələrinin minimum tələbi olduğunu bildirib.
NTV xəbər verir ki, “Fars” agentliyinin məlumatına görə, Qaani bu tələbin fevralın 28-də başlayan və 40 gün davam edən müharibədən əvvəlki vəziyyətin bərpasını nəzərdə tutduğunu vurğulayıb. O qeyd edib ki, İsrailin əvvəlki mövqelərə qayıtması regionda gərginliyin azaldılması üçün zəruri şərtdir.
İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində İsrail ordusunun Beyruta hücum edəcəyi təqdirdə İran Silahlı Qüvvələrinin cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib.
