satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Lionel Messi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Argentina millisinin kapitanı və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi İspaniyanın ən nüfuzlu beynəlxalq mükafatlarından biri olan 2026-cı il üzrə Asturiya Şahzadəsi İdman Mükafatına layiq görülüb.

NTV  xarici mətbuata istinadla xəbər verir ki, qərar münsiflər heyətinin Oviedoda keçirilən iclasında qəbul olunub.

Mükafatın Messiyə verilməsinə səbəb onun uğurlu idman karyerası ilə yanaşı, aztəminatlı uşaqlara kömək məqsədilə həyata keçirdiyi xeyriyyə fəaliyyəti olub.

Münsiflər heyəti 38 yaşlı hücumçunun meydandakı uğurları, kollektiv oyuna sadiqliyi, təvazökarlığı və nümunəvi davranışı ilə seçildiyini vurğulayıb.

Qeyd edək ki, karyerası ərzində 47 titul qazanan Lionel Messi futbol tarixinin ən çox kubok əldə edən oyunçusu hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM